01.02.2018
1 fevral 2018-ci il tarixində Qusar Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi yanında Şuraının 04 avqust 2017-ci il tarixli qərarının icrası məqsədilə Qusar Heydər Əliyev Mərkəzinin iş təcrübəsinin öyrənilməsi və “Gənclərimiz gələcəyimizdir” mövzusunda “2 Fevral – Azərbaycan Gənclər günü” münasibətilə tədbir keçirildi. Tədbirdə müxtəlif yaş qrupları üzrə yeniyetmə və gənclərin, həvəskar fiziki məhdudiyyətli dekorativ, tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi-satış təşkil edilmişdir. Heydər Əliyev Mərkəzinin Ulu öndərin xatirə ekspozisiya zalında rəsmi açılış edən lXaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi D.İbramxəlilov tədbir iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdır. Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi N.Ağayev çıxış edərək gəncləri, sənətkarları Heydər Əliyev ideyaları ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırdı. Həmçinin vurğuladı ki, belə tədbirlərin regiona daxil olan digər rayonlarda da keçirilməsi zəruridir. Belə tədbirlərin keçirilməsinin regionda tətbiqi və dekorativ sənət nümunələrinin daha da inkişaf etməsində və əhali arasında təbiliğində böyük əhəmiyyəti vardır.
Sərgi zamanı bəyənilən əl işləri sərgi iştirakçıları tərəfindən həvəslə alındı.