Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Mərkəzi Kitabxanasında 2 Fevral Gənclər günü münasibəti ilə “Şabran” ədəbi məclisinin üzvləri ilə görüş keçirildi.

31.01.2018

        31 Yanvar 2018 – ci il tarixdə Şabran rayon Mərkəzi Kitabxanasında  2 Fevral Gənclər günü münasibəti ilə “Şabran” ədəbi məclisinin üzvləri ilə görüş keçirildi.

      Mərkəzi Kitabxananın direktoru Səbirə Məcidova gələn qonaqları salamladı və bu tədbirdə iştirak etdiklərinə görə hamıya öz təşəkkürünü bildirdi.  

     Kitabxana işçiləri Gənclər təşkilatının sədri Jalə Həmidova gənclər adından təbrik sözü söylədi. O bildirdi ki, qədim tarixə məxsus Şabran ədəbi mühitində “Şabran” ədəbi məclisinin öz sözü, nəfəsi var. Onlar gənclər arasında kifayət qədər tanınır və sevilir.

    Ədəbi məclisin rəhbəri Qafar Süleyman və məclisin üzvləri Ənvər Zeynaloğlu, Təvəkkül Kərim, Zakir Bayramlı, Tural Şeydayev, Qizqayıt Mahmudova, Vüsalə Məmmədova, Sədaqət Məmmədova və məclisin ən kiçik üzvü Elşad Ramazanov hamını bayram münasibəti ilə təbrik etdilər. Tarın həzin sədaları altında hərə öz yaradıcılığından şeirlər söylədi.