Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzi kitabxanasında “2 fevral - Gənclər Günü” ilə əlaqədar tədbir keçirildi.

01.02.2018

     01.02.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında 2 fevral” Gənclər Günü” ilə əlaqədar tədbir keçirildi.MKS-nin direktor müavini Hüriyyə Sultanova əlamətdar gün münasibətilə gəncləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı. Məruzəçi dövlətimizin gənclərlə bağlı siyasətindən danışdı, əlamətdar günün tarixindən söz açaraq qeyd etdi ki, Gənclər Günü 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda təsis edilib. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.Sonra Mərkəzi  kitabxananın əməkdaşları Gülnarə Səmədova və Bikəxanım Əlixanova  çıxış edərək bildirdilər ki, gənclik millətin gələcəyi, inkişafı deməkdir. Gəncliyin möhkəm olması isə böyüməkdə olan nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyətindən asılıdır. Ağıllı, savadlı gənclər öz millətini irəli apararaq, ölkəmizin daha da inkişafına səbəb olacaqlar. Bu gün gənclərə geniş fəaliyyət imkanları yaradılır. Təşəbbüskar və güclü təfəkkürə malik gənclər ölkənin və xalqın gələcəyidir.