Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzi Kitabxanasında “Xocalı Soyqırımı tarixin qan yaddaşıdır” adlı tədbir keçirildi.

23.02.2018

   23.02.2018-ci il tarixdə Quba rayon MKS - nin mərkəzi kitabxanasının oxu zalında Xocalı soyqırımının 26 - cı il dönümü ilə əlaqədar “Xocalı Soyqırımı tarixin qan yaddaşıdır” adlı tədbir keçirildi. Əvvəlcə Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad olundu. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək bildirdi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti təkcə Azərbaycan xalqına deyil,  bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir. Dünya tarixində insanların kütləvi qətliamı ilə bağlı soyqırımlar içərisində Xocalı soyqırımı xarakter və qəddarlığı ilə fərqlənir. Sonra Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova çıxış edərək qeyd etdi ki, Xocalı soyqırımının  təbliğ edilməsi, Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya yayılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi üçün dövlətimiz bütün imkanlarından istifadə edir. Ümumi dərdimizi, milli davamazı dünyaya anlatmaq, sözümüzü bizi dinləmək istəməyənlərə eşitdirmək fərd və cəmiyyət, vətəndaş və dövlət olaraq hamımızın üzərinə düşən məsuliyyətdir. Həqiqət ən güclü silahdır, ondan bacarıqla istifadə etməliyik. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tarix-coğrafiya fakultəsinin IV kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Elvin Seyfəddinov çıxış edətək bildirdi ki, Ermənistan  məkirli siyasətindən əl çəkmir. Onların havadarları bilməlidir ki, gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Heydər Əliyev fondu ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması istiqamətində böyük işlər görüb. Dünyanın, Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlərin keçirilməsi, sərgilərin təşkil edilməsi , filmlərin nümayiş olunması Heydər Əliyev  Fondunun gördüyü işlərin nəticəsidir. Sonra Tələt Mikayılov adına şəhər 5 saylı  tam orta məktəbin şagirdlərinin hazırladıqları “Layla Xocalım layla “ adlı ədəbi – musiqili kompozisiya təqdim olundu. Tədbirdə Zaur Cəfərov adına şəhər 3 saylı tam orta məktəbin şagirdi Ələmdar Əhmədov “Xocalını unutma “ şeirini söylədi. Tədbirdə eyni zamanda  Xocalı faciəsinə həsr olunmuş video çarx nümayiş etdirildi. Tədbirin sonunda “Xocalı faciəsi – 26” sərgiyə baxış keçirildi.