Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə anım tədbiri keçirildi.

23.02.2018

    23 Fevral 2018-ci il tarixində Xaçmaz rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə anım tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın metodika – biblioqrafiya şöbəsinin müdiri Z. Məmmədov Xocalı şəhidlərinin xatirəsini yad etdikdən sonra sözü kitabxananın direktor müavini B.Məmmədova verdi: B. Məmmədov çıxışında qeyd etdi ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan  Azərbaycan xalqı növbəti belə faciə ilə 1992 – ci ilin qarlı qışında Xocalıda üzləşdi.Sovetlər imperiyasının  süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraiti ilə dövlət müstəqilliyini yenicə qazanmış Azərbaycanın üzləşdiyi ərazi itikisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qan həriflərə yazıldı.Faciə haqqında geniş məlumat verdikdən sonra o qeyd etdi ki, Xocalı eləcə də ondan əvvəl xalqımıza qarşı dəfələrlə törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi – siyasi qiymətinin olmaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biri olub.Bu ədalətsizliyin aradan qaldırılması üçün heç bir addım atılmayıb.Yalnız ümumi milli lider Heydər Əliyevin xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra yaşanan faciələr, o cümlədən Xocalı soyqırımı haqda daha təşkilatı ilə araşdırmalar aparılıb.Eyni zamanda bu hadisələrə hüquqi – siyasi qiymətin verilməsi başlanıb.Dünyaya xalqımızın üzləşdiyi fəlakətlər barədə ətraflı, fakt və sübutlarla zəngin materiallar çatdırılıb.Elə xx əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin də həm soyqırım olaraq təsbit edilməsi, həm də bu barədə həqiqətlərin dünyaya çatdırılması məhz ulu öndər Heydər Əliyevin sayəsində mümkün olub.Xocalı həqiqətlərinin dünyaya çatdırılıması,bu həqiqətlərin beynəlxalq ölkədə yayılması , qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlar da Heydər Əliyev fondunun və fondun vitse prezidenti Leyla Əliyevanın müstəsna rolu var.Onun təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” kampaniyası ildən – ilə daha da genişlənməkdədir.  Sonra 3 saylı məktəbin şagirdləri Ş.Əlifxanova , N.Səmədova, A.Məhərrəmova, S.Kərimova, Ş.Ağasiyeva Xocalıya həsr edilən şeirlər söylədilər.Tədbirin sonuna kitabxananın informasiya resurs şöbəsi tərəfindən hazırlanan sənədli filmə və kitab sərgisinə baxış keçirildi.