Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Şəhid Yurdum Xocalı”adlı-anım mərasimi keçirildi.

23.02.2018

Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində fevral ayının 23-də M.Babayev adına 1 saylı orta məktəbin 7 və 8-ci sinif şagirdlərinin iştirakı ilə “Şəhid Yurdum Xocalı”adlı-anım mərasimi keçirildi. Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəblilərdən Novruzova Əfqanə, Ramazanova Mələk, Güləliyeva Xədicə, Məmmədov Azər, Səlimova İlahə, Daşdəmirov Orxan, Şıxməmmədova Nərmin, Fətullayeva Fidan Xocalıya aid  “Ağla qərənfil ağla”, “Şəhid yurdum Xocalı”, “Bu qan yerdə qalan deyil”, “Uşaqların günahı nə”və s şeirlər səsləndirdilər. Bundan əlavə uşaqlar “İgid əsgər”, “Cənab Leytenant”, “Qalx ayağa Azərbaycan” mahnılarını da ifa etdilər. Tədbirdə 1 saylı orta məktəbin dərs hissə müdüri Fəridə Həmidova, Mahirə Şıxməmmədova və Uşaq Şöbəsinin müdüri R.Hətəmova Xocalı faciəsi ilə əlaqədar çıxışlar etdilər. Fəridə müəllimə uşaqlara dedi: “Əziz balalar bizim ermənilərlə apardığımız müharibə indi də davam edir, hələ də torpaqlarımız işğal altındadır. Bizim əsas məqsədimiz budur ki, bu  faciələri yadda saxlayasınız, unutqan olmayasınız.  Gün o gün olsun ki, işğal olunmuş torpaqlarımız azad olunsun, qələbə bayrağımızı Xankəndinə ucaldaq.Sonda proyektor vasitəsilə Uşaq Şöbəsinin hazırladığı “Xocalıya həsr olunmuş” video çarx təqdim olundu və tədbir iştirakçıları Xocalıya həsr olunmuş sərgi ilə tanış oldular. Tədbirdə 70 nəfər iştirak etmişdir.