Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı faciəsi - qan yaddaşımızdır.

23.02.2018

23 fevral 2018-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində “Xocalı faciəsi – qan yaddaşımızdır” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə ilk öncə ulu öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının və Azərbaycanın müstəqilliyi uğrunda həlak olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Mərkəzin direktoru Elza xanım  Orucova  “Xocalı faciəsi-qan yaddaşımızdır” mövzusunda məruzə ilə çıxış edərək qeyd etdi ki, miqyasına və dəhşətlərinə görə Xocalı qırğını XX əsrdə təkcə Azərbaycan xalqına qarşı deyil,  insanlıq tarixinə yazılan qanlı faciədir.

Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrin ən dəhşətlisi, ən müdhişi idi. Bu, bizim qan yaddaşımızdır, qan yaddaşımıza yazılan bir faciədir.

Heydər Əliyev Fondunun  Prezidenti Mehriban xanım Əliyevanın və Fondun Vitse Prezidenti Leyla xanım Əliyevanın xüsusi səyi nəticəsində Xocalı faciəsi ilə bağlı həqiqətlərin daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması üçün mühüm addımlar atılmış , “Xocalıya ədalət” kompaniyası çərçivəsində dünyanın 60-a yaxın ölkəsində beynəlxalq ictimaiyyət Xocalı faciəsi ilə bağlı məlumatlandırılmışdır.

Tədbir iştirakçılarından Firəngiz Abıyeva, Məhəmməd Hacıbalayev, Ülkər Qasımov və başqaları çıxış edərək Xocalı faciəsinin ermenilərin azərbaycanlılara qarşı törətdiyi faciələrin ən dəhşətlisi olduğunu bildirdilər. 

Tədbirin sonunda Heydər Əliyev Fondunun hazırladığı  “ Xocalı” filmi  nümayiş olundu.