Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhid şəhər - Xocalı”

26.02.2018

    26.02.2018-ci il tarixində Quba Uşaq Musiqi Məktəbində  Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra məktəbin müəllimi Əlövsət Səlimov çıxış edərək Xocalı faciəsinin tarixi haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki, ermənilər tarixən Azərbaycan torpaqlarına göz dikib, məqsədlərinə çatmaq üçün xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirib. Xocalı hadisəsi təkcə bir şəhərin, bir xalqın deyil,  bütövlükdə insanlığın faciəsidir. Bu tarix heç bir zaman unudulmamalıdır. Hər bir azərbaycanlı Xocalının harayını dünyaya duyurmalıdır.

     Ardınca ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri əks etdirən videoçarx nümayiş etdirilib. Şagirdlər Xocalı faciəsinə və şəhidlərə həsr olunan şeir kompozisiyası səsləndirib, ifalar təqdim ediblər.