Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Tarix-Diyarşünaslıq muzeyində Xocalı faciəsinin 26-cı il dönümu ilə əlaqədar tədbir keçirilmişdir.

23.02.2018

    Quba Tarix-Diyarşünaslıq muzeyində Xocalı faciəsinin 26-cı il dönümu ilə əlaqədar Bərgov tam orta məktəbin müəllim və şagird kollektivi ilə birgə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru M.Hacıyeva açaraq Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş faciə ilə bağlı öz fikirlərini bildirmişdir. Xocalıda həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə faciəyə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Muzeyin əməkdaşı T.Hacıyev "XX-əsrin faciəsi" adlı məruzə ilə çıxış etmişdir. 
    Sonda tədbir iştirakçıları "Xocalı faciəsi --26" sərgisi ilə tanışoldular. 
Xalqımız və dövlətimiz Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır!