Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Uşaq İncəsənət məktəbində ”Xocalı Soyqırımı 20-ci əsrin faciəsi” adlı tədbir keçirildi.

23.02.2018

   Quba rayon Uşaq İncəsənət məktəbində Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalı Soyqırımı 20-ci əsrin faciəsi" adlı tədbir keçirildi.Xocalı Soyqırımında həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə məktəbin tədris işləri üzrə direktor müavini Sevil Bayramova Xocalı Soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olması,Xocalıda baş verən hadisələrdən,günahsız insanlara qarşı edilən zorakılıq barədə məlumat verdi.Məktəbin xoru C.Abbasovun "Vətən çağırır" mahnısını ifa etdi.Şagirdlər Xocalıya həsr olunmuş şerlər söylədilər.Rəssam şagirdlərin Xocalı faciəsinə həsr olunmuş əl işləri nümayiş olundu.