Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 26-cı il dönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

23.02.2018

    23.02.2017-ci il tarixində Qusar rayon Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 26-cı il dönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.Tədbirdə kitabxana işçiləri,fəal oxucular,məktəblərin müəllim və şagirdləri, Qusar peşə litseyinin müəllim və şagird kollektivi iştirak etmişdir.Tədbirdə çıxış edən MKS-in direktoru Zahir Mustafayev və Qusar peşə litseyinin müəllimi Samirə Qardaşova Xocalı faciəsinin baş verməsinin səbəbləri,o dövrdə hakimiyyətdə olanların səriştəsizliyi  üzündən erməni vəhşilərinin dinc əhaliyə olmazın əzablarla divan tutmalarının mümkün olduğunu vurğuladılar. Xocalı faciəsinin və respublikamızın müstəqilliyi və torpaqlarımızın  bütövlüyü və xalqımızın azadlığı uğrunda şəhid olmuş bütün vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.Uşaq şöbəsinin fəal oxucuları kompozisiya ilə çıxış etdilər.Xocalı faciəsinin tarixi və fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumat verildi.Qeyd olunmuşdur ki,1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərinə hücum etmişlər.Hücumdan əvvəl şəhər toplardan və agır artelleriyadan şiddətli atəşə tutulmuş və əhalinin şəhəri tərk etməyə məcbur etmək istəmişlər. Bu baş tutmadığından şəhər yerlə yeksan edilmiş dinc əhaliyə divan tutlmuşdur.Bu qırğının nəticəsində 613 nəfər həlak olumuşdur ki,onlardan 63 nəfər uşaq,106 nəfər qadın,70 nəfər qoca olmuşdur.Ümumən 1275 nəfər əsir götürülmüş,150 nəfər itkin düşmüşdür.  “Xocalı faciə”lərinin respublikamızda ardıcıl olaraq davam etmələrinin  qarşısının alınmasında Ulu Öndər Heydər Əliyevin xalqımızın harayına çatması və həmin andan xalqda sabaha inam və gələcəyə ümidin yaranmasının təməlinin qurulması xüsusi vurqulandı.Bu gün respublikamızdakı əmin amanlıq, əhalinin dinc yaşayışı və sabaha inamla baxmasında möhtərəm Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin əvəzsiz rolu qeyd olunmuşdur. Tədbirdə Qusar peşə litseyinin şagirdlərinin ifasında “Xocalı fəryadı”kompozisiyası tədbir iştirakçılarına təqdim olundu.Kompozisiya dramatik səhnəciklərlə  bütün tədbir iştirakçılarına bir daha həmin günlərin acılı xatirələrini real olaraq yaşatdırdı. Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.