Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar Heydər Əliyev Mərkəzində ”Qadın və Cəmiyyət” mövzusunda fiziki qüsurlu qadınlarının əl işlərindən ibarət sərgi keçirilmişdir.

02.03.2018

      02.03.2018-ci il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə"Qadın və Cəmiyyət" mövzusunda rayonun fiziki qüsurlu qadınlarının əl işlərindən ibarət sərgi keçirilmişdir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan bu tədbirdə Qusar RİHB-nın müavini Zoya Ağabalayeva, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, XRMTİ-nin Qusar rayon nümayəndəsi David İbramxəlilov, Qarabağ müharibəsində şəhid olmuş həmyerlərimizin ana, bacıları və digər qonaqlar iştirak edirdilər. Sərgidə müxtəlif gruppa aid əlil xanımların toxuculuq, dekorativ-tətbiqi sənət nümunələri nümayiş olundu. Konsert proqramı ilə səmimi müqdə keçən tədbirdə Viktor Hacıxanov qarmon ifası ilə , məktəbli Şənay Rüstəm "Turacı" rəqsi ilə , şəhid qızı Könül Ağamalıyeva şeirləri ilə xüsusi ovqat bəxş etdi. 

        Çıxış edən XRMTİ-nin rəisi N. Ağayev xanımların əl işlərinə böyük qiymət verərək onlar üçün perspektiv gələcək planlardan danışdı. Çıxış edən Qarabaq müharibəsinin iştirakçısı əlil Səmayə Xəlilova, Məhbubə Ağayeva, Sara Əliyarova, DSMF-nun əməkdaşı Yüzbəy Nurmamədov əlillərə dövlət qayğısını xüsusi ilə vurğuladılar. Sonda sərgi iştirakçılarına müxtəlif nominasiyalarda diplom və qiymətli hədiyyələr təqdim olundu.