Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin tərəfindən ”Tarix yaşanır lakin unudulmur” adlı tədbiri keçirildi

21.02.2018

    Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin 21.02.2018 tarixində Əzzəddin Tahirov adına Köhnə Xaçmaz kənd orta məktəbində "Tarix yaşanır lakin unudulmur" adlı tədbiri keçirildi.Hərbi vətənpərvərlik ruhunda hazırlanmış tədbir "Xocalı faciəsi"nə həsr olunmuşdu.Çıxışlar zamanı faciənin baş vermə səbəbləri, o dövrdə ölkədəki qeyri sabit vəziyyət,ordunun pərakəndəliyi,hakimiyyətdəki özbaşnalıqlar haqqında danışıldı.Həmin məktəbin məzunu Dağlıq Qarabağ müharibəsinin veteranı,Xaçmaz batalyonunun ən igid döyüşçülərindən olan Əsəd Əsədov tədbirin fəxri qonağı idi.Onun xatirələri məktəblilərdə böyük maraq doğurdu.Tədbir məktəblilərin ifasında ədəbi bədii kompazisiya ilə davam etdi.