Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “8 mart-Beynəlxalq qadınlar günü”nə həsr olunmuş ənənəvi bayram tədbiri keçirilib.

05.03.2018

    5 mart 2018-ci il tarixində Quba rayonunda Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə ənənəvi olaraq “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə tədbir keçirildi. Tədbirdə regiona daxil olan rayonların nümayəndələri, müəssisəsi rəhbərləri və mədəniyyət sahəsində çalışan bir sıra qadın işçilər iştirak edib. Tədbirdə çıxış edən Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev qadınların cəmiyyətdəki rolundan söz açıb. Bildirilib ki,Azərbaycan qadını tarix boyu cəmiyyətdə və ailədə öz saflığı,zəkası ilə xüsusi yer tutur.Tarix və mədəniyyətimizin neçə-neçə şanlı,parlaq səhifəsi məhs onun adı ilə bağlı olub. Bugün mədəniyyət sahəsində çalışan işçilər əksəriyyətindən çoxunu qadınların təşkil etdiyini xüsusi vurğulayan idarə rəisi onlara işlərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb və regional idarə tərəfindən təşkil edilən belə tədbirlərin artıq ənənə halını aldığını qeyd edib. Tədbirdə həmçinin rayon nümayəndələri, müəssisə rəhbərləri və mədəniyyət işçiləri həmkarlar təşkilatlarının rayon sədrləri çıxış edərək xanımları təbrik edib.

       Daha sonra tədbir region mədəniyyət və incəsənət ustalarının çıxışlarından ibarət  konsert proqramı ilə davam edib.