Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələ Xalq teatrı Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında qastrol səfərlərində olub

03.03.2018

    Yerli xalq kollektivlərinin tanıdılması, peşəkarlığının daha da artırılması və onların fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə regionlarda həmin kollektivlərin konsert proqramları konsertləri və tamaşalarının nümayişi təşkil edilir. Bu məqsədlə Qəbələ Mədəniyyət Mərkəzinin Xalq Teatrı 01.03.2018-03.03.2018-ci il tarixlərində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonlarında qastrol səfərində olub. Belə ki, 01 mart tarixində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində, 02 mart tarixində B.Səfəroğlu adına Quba rayon mədəniyyət Mərkəzində və Qusar rayon Mədəniyyət Mərkəzində, 03 mart tarixində Şabran Mədəniyyət Mərkəzində və Siyəzən Mədəniyyət Mərkəzində Qəbələ Mədəniyyət Mərkəzinin Xalq Teatrının “Göyçək Fatma” tamaşasının nümayişi həyata keçirilmişdir. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.