Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzi kitabxanasında “Ana dilimizi sevək, qoruyaq” mövzusunda səhərcik keçirildi.

22.02.2018

    22.02.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında “Beynəlxalq  Ana Dili  Günü” münasibəti ilə  “Ana dilimizi sevək, qoruyaq” mövzusunda səhərcik keçirildi. Tədbiri giriş sözü ilə  uşaq şöbəsinin baş kitabxanaçısı Nazilə Əsədullayeva  açaraq  bildirdi ki, Ana dilinin saflığı uğrunda bütün dövrlərdə mübarizə aparılıb.  Doğma dilimizin mühafizəsi ilə əlaqədar şair və yazıçılarımız, ədəbiyyatşünaslarımız əllərindən gələni əsirgəməyiblər. İlk dəfə Şah İsmayıl Xətai tərəfindən dövlət dili elan edilən Azərbaycan dilinin türk dünyasında özünəməxsus yeri olub. Sonra şöbənin böyük biblioqrafı Məlahət Məmmədova çıxış edərək bildirdi ki, türkoloqlar, müxtəlif dilçilər həmişə etiraf ediblər ki, Azərbaycan dilində başqa dillərdə olmayan zənginlik vardır. Tədbirdə  Tələt Mikayılov adına şəhər  5 saylı tam orta məktəbin şagirdləri rəngarəng şeir və kompozisiyalar ilə çıxış etdilər. Tədbirin sonunda uşaq şöbəsində təşkil olunmuş “Ana dilimizi sevək, qoruyaq” başlıqlı foto-stendə baxış keçirdi.