Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-də Əməkdar İncəsənət Xadimi, xalq şairi Cabir Novruzun anadan olmasının 85 illiyi ilə əlaqədar “Ölməz şeirlər müəllifi” adlı şeir gecəsi keçirildi

01.03.2018

    01.03.2018-ci il tarixdə rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Əməkdar İncəsənət Xadimi, xalq şairi Cabir Novruzun anadan olmasının 85 illiyi ilə əlaqədar “Ölməz şeirlər müəllifi” adlı şeir gecəsi keçirildi. Tədbiri MKS-nin direktor müavini Hüriyyə Sultanova açaraq bildirdi ki, ölməz Füzulinin eşqi ilə şeirə gələn, Nəsimi taleyini özünə həyat amalı seçən, Sabirdən həqiqəti əxz edərək “Həqiqəti deyən adam güclü olur” söyləyən, 29 yaşında gedər-gəlməzə göndərilən Müşviqdən nakamlığı öyrənən Cabir Novruz Azərbaycan poeziyasında özünəməxsus cığır açaraq əbədilik qazanıb. Sonra   Quba rayon Qırmızı qəsəbə 1 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Nəzakət Baxışova çıxışında qeyd etdi ki, Cabir Novruzun əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, şeirlərinə dillər əzbəri olan onlarla mahnı bəstələnmişdir. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmuşdur. Daha sonra kitabxananın əməkdaşı Rübabə Hacıbəyova Cabir Novruzun həyat və yaradıcılığından söhbət açaraq bildirdi ki, onun şeirlərinin əsas mövzusunun ana məhəbbəti, vətən sevgisi,  təmiz sevgi duyğuları təşkil edir. Sonra Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbin şagirdi  Səidə Bədəlova şairin məşhur “Sağlığında qiymət verin insanlara”, Zülfiyyə Qədirova “Gecikmiş məhəbbət” və Azad Məmmədov adına şəhər 2 saylı Təbiət fənnlər  təmaüllü məktəb liseyin VII sinif şagirdi Nuray Ərəbova “Mən anaları günəşlə bir tuturam” adlı şeirlərindən parçalar söylədilər. Tədbirin sonunda “Cabir Novruz - 85” adlı sərgiyə baxış keçirildi.