Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Mərkəzi kitabxanasında Xaçmaz rayonu üzrə uşaq və məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin 1-ci turun sonuncu mərhələsi keçirilmişdir.

27.02.2018

   27 fevral 2018-ci il tarixində Xaçmaz rayon Mərkəzi kitabxanasında Azərbaycan ədəbi dilinin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkir: və şairi İmaməddin Nəsiminin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsinin 1-ci turun sonuncu mərhələsi keçirilmişdir. Birinci mərhələnin qalibi olmuş 15 məktəbli arasında keçirilən növbəti müsabiqənin qalibi Xaçmaz şəhər 2 saylı məktəbin vıı sinif şagirdi Nigar Bəybalayeva seçilmişdir. Müsabiqənin ikinci mərhələsində iştirak etmək üçün Nigar Bəybalayeva Regional Mədəniyyət və Turizm idarəsinə təqdim edilmişdir.