Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə ”İmadəddin Nəsimi-600” adlı şeir müsabiqəsi təşkil edilmişdir.

28.02.2018

   28 fevral 2018-ci il tarixində Siyəzən rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə "İmadəddin Nəsimi-600" adlı şeir müsabiqəsi təşkil edilmişdir. Müsabiqədə Siyəzən rayonunun Siyəzən şəhər İnteqrasiya təlimli İnternat tipli gimnaziya, 2,3 və 5 saylı məktəbin şagirdləri iştirak edirdi. Münsiflərdən şair Günəş Hüseynov, Mərkəzi Kitabxananın işçisi Məcid Əliyev, 3 saylı məktəbin müəllimi Əhmədova Sima və İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın müəllimi Qədirli Təranə idi. Ümumilikdə 18 iştirakçının çıxəışları münsiflər tərəfindən dinlənilmiş və şeir müsabiqəsinin qalibləri müəyyən edilmişdir. İştirakçılardan Ağasıyeva İlahə 3-cü, Qənbərov Zamin 2-ci və Müzəffərzadə Şəms 1-ci yerə layiq görülərək fəxri fərmanlarla təltif edilmişdir.