Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-si tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə “Ana cənnətin çiçəyidir” başlığı altında səhərcik keçirildi

06.03.2018

     06.03. 2018-ci il tarixdə MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin işçiləri Hacıbaba  Əliyev adına şəhər 1 saylı tam orta məktəbin II sinif şagirdləri ilə birlikdə   Beynəlxalq Qadınlar Günü münasibətilə “Ana cənnətin çiçəyidir” başlığı altında səhərcik keçirildi. İlk öncə uşaq şöbəsinin biblioqrafı Məlahət Məmmədova çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi  və bildirdi ki, qadınlar bayramı bütün xalqımızın, cəmiyyətimizin bayramıdır.Qadın ləyaqəti uca tutulmalıdır. Biz ürəkdən arzu edirik ki, yer üzünü mahnı səsi, gülüş səsi bürüsün. Analar beşik başında balalarına həzin layla çalsınlar. Sonra  Hacıbaba Əliyev adına şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Təranə Əsədullayeva çıxış edərək bildirdi ki, analar o qədər ilahi, müqəddəs varlıqdır ki, Vətən də onun adı ilə “Ana Vətən” adlandırılır. Görkəmli qələm sahibləri anaları məhəbbət və ilhamla tərənnüm etmiş, onların parlaq, mərd, ismətli simasını yaratmışlar. Tədbir çərçivəsində uşaqlar rəngarəng şeir və kompozisiyalar ilə çıxış etdilər.