Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmazda qədim süfrə mədəniyyətimizi əks etdirən sərgi açılıb

06.03.2018

   Martın 6-da Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın qədim süfrə mədəniyyətini özündə əks etdirən sərgi açılıb.

     Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə təşkil olunan sərgidə süfrə mədəniyyətimizi əks etdirən 300-dək məişət əşyaları təqdim olunur.

    Novruz bayramı ərəfəsində açılan sərgi mətbəximizi, süfrə mədəniyyətimizi, bölgənin zəngin etnoqrafiyasını gənc nəslə nümayiş etdirmək, milli dəyərlərimizi təbliğ etmək məqsədi daşıyır.

     Sərginin açılışında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva və başqaları çıxış edərək sərginin əhəmiyyətindən, son illər ölkəmizdə mədəni sahədə əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, bu kimi mədəni tədbirlərin təşkili turizmin inkişafında mühüm əhəmiyyətə malikdir.

    Sonra milli rəqslər və süfrə mədəniyyətinin təsvir olunduğu bədii səhnəciklər təqdim edilib.

      İştirakçılar qədim dövrlərdən günümüzədək gəlib çatan məişət əşyaları ilə yaxından tanış olublar.