Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Xalq Teatrı Milli Teatr günü ilə əlaqədar “Diqqət! Başlayıram” tamaşası ilə çıxış edib

10.03.2018

   10 mart 2018-ci il tarixində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Milli teatrın yaradılmasının 145 illik yubileyi münasibətilə Xaçmaz Xalq teatrı tərəfindən Rəhman Əlizadənin “Diqqət! Başlayıram“ adlı pyesi əsasında hazırlanan tamaşa nümayiş etdirilib. Tamaşada rolları Vaqif Məmmədxanov, Tahir Yəhyayev, Gülnarə Əlizadə, Vqar Mirzəyev və digərləri ifa edib. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

    Qeyd edək ki, Xaçmaz Xalq Teatrı 2017-ci ildə keçirilmiş II Respublika Xalq teatrları festivalında eyni adlı tamaşa ilə 1-ci yerə layiq görülmüşdür.