Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Dövlət Rəsm Qalereyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş rəsm müsabiqəsi keçirilib

11.03.2018

      11 mart 2018-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə Xaçmaz Regional Mədəniyyt və turizm İdarəsi və Xaçmaz rayon Təhsil şöbəsinin dəstəyi, Xaçmaz Dövlət Rəsm Qalereyasının və Xaçmaz Hazırlıq Mərkəzinin birgə təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirildi. Tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı F.Musayev, Xaçmaz rayon Təhsil şöbəsinin əməkdaşı M.Abbasov və digər şəxslər iştirak edib.

      Müsabiqədə rayonun gənc və istedadlı şagirdlərinin 3 nominasiya üzrə - Cümhuriyyətim, Abadlaşan şəhərim və Sərbəst mövzuda rəsm əsərləri nümayiş etdirildi.  1-ci nominasiya üzrə Qımıl-qışlaq kənd tam orta məktəbinin şagirdi Rəvanə Həsənova, 2-ci nominasiya üzrə Xaçmaz şəhər 5 saylı tam orta məktəbin şagirdi Sevil Niftəliyeva, 3-cü nominasiya üzrə Teyyubə Xəlilova qalib elan edildi. Qaliblərə Fəxri Fərman və hədiyyələr təqdim edildi. Müsabiqənin bütün iştirakçılarına sertifikat təqdim edildi.