13.03.2018
13 mart 2018-ci il tarixində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin filialı olan Niyazabad Folklor evində Yel çərşənbəsi qeyd edilib. Tədbirdə çıxış edənlər Yel çərşənbəsi barədə məlumat verərək bildirdilər ki, yel çərşənbəsi yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel çərşənbəsi ilə bağlı çoxlu inanclar da var. Tonqallar qalanır, son çərşənbəyə hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir. Bu çərşənbəyə xalq arasında yelli-küləkli çərşənbə də deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir.
Daha sonra Niyazabad folklor kollektivinin ifasında müxtəlif rəqslər nümayiş etdirildi, novruzun atributları olan kosa və keçəl müxtəlif səhnəciklərlə çıxış etdi. Tədbirdə həmçinin qədim adət-ənənələrimiz təbliğ olunub, sac üstündə yuxa yayılıb, buğda qovrulub.
Tədbir şən əhval-ruhiyyədə keçmişdir.