Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən “Kitabsevər uşaqlar”-multimedia kanalının təqdimatı keçirildi

02.03.2018

      02.03.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin işçiləri tərəfindən 2 saylı Körpələr evi-uşaq bağçasında  Youtube səhifəsinin “Kitabsevər uşaqlar”-multimedia kanalının  təqdimatı keçirildi. İlk öncə uşaq şöbəsinin baş kitabxanaçısı Nazilə Əsədullayeva “Kitabsevər uşaqlar” səhifəsi haqqında geniş məlumat verdi və uşaqları səhifəni izləməyə dəvət etdi. Tədbirdə uşaqların sevimli yazarı Gülzar İbrahimovanın “Qırmızı yanaqla Qırmızı papağın nağılı”, “Bir boxça yalan, İstədim Dadam”, “Dostlaşmış  nağıllar” uşaq nağılları əsasında çəkilmiş cizgi filmləri  nümayiş olundu.Uşaqlar səhifədə paylaşılan rəngarəng nağılları, videoları maraqla izlədilər və “Bağçamız” uşaq mahnısını  dinləyərək birgə oxudular. Tədbirin sonunda 2 saylı Körpələr evi-uşaq bağçasının  müdiri Arzu Məmmədova  bu təşəbbüsə görə kitabxanaçılara öz təşəkkürünü bildirdi və belə tədbirlərin mütəmadi olaraq keçirməsinin məqsədəuyğun olduğunu qeyd etdi.