Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Uşaq Musiqi Məktəbində 8 Mart Beynəlxalq Qadınlar Günü Münasibətilə “Mənim sevimli anam” adlı konsert keçirilib

07.03.2018

   Martın 7-si Quba Uşaq Musiqi Məktəbində 8 Mart Beynəlxalq Qadınlar Günü Münasibətilə “Mənim sevimli anam” adlı konsert keçirilib. Konsertdə birinci sinif şagirdləri öz məharətlərini göstəriblər. Uşaqlar analarının timsalında bütün qadınları təbrik edib, ifalarını onlara həsr ediblər. Ayxan Cəbrayılov və Toğrul Muradov şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblının müşayiəti ilə “Anacan” mahnısını ifa ediblər. Aydan Əliyeva fortepianoda “Pyes”, Ehtiram Ağayev qarmonda “Darçını” rəqsi, Nuray Rəhimova fortepianoda “Axşam oldu”, Fatimə Rzazadə fortepianoda “Qarabağ şikəstəsi”, Samir Kərimov qarmonda “Nəlbəki” rəqsi, Zəka Vəzirov kamançada “Məktəblilər nəğməsi”, Seyidxanım Zülfüqarova skripkada “Şən kəndli”,  Nigar Qasımova fortepianoda “Mişka” əsərləri ilə tamaşaçılar qarşısında çıxış ediblər. Birincilərin musiqi töhfələri maraqla qarşılanıb. Valideynlər və xanım pedaqoqlar şagirdlərə təşəkkür edib, uğurlar arzulayıblar.