01.03.2018
Şabran Tarix Diyarşünaslıq Muzeyi milli mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması və nəsildən-nəsilə keçirilməsində ailənin cəmiyyətdə rolunun yüksəldilməsini və inkişaf etdirilməsini, ailə dəyərlərinin qorunub saxlanılmasını, sağlam həyat tərzinin təbliğini, ailənin hüquq düşüncəsinin inkişaf etdirilməsini. valideyn-uşaq arasında ümumi maraqları birləşdirməsini, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtımını özündə birləşdirən "Ailə Günü" lahiyəsinə start vermişdir. Tədbirdə sağlam ailə nümunələrindən biri olan şair, publisist Z.Bayramlı və ailəsi, Şabran şəhər R.Yusifov adina texniki fənlər üzrə 2 saylı orta məktəb liseyin və 3 saylı orta məktəbin müəllim və şagird kollektivləri, 1, 4, 5 saylı orta məktəblərin psixoloq və şagird kollektivləri iştirak etmişdir.