Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz MKS-nın Gənclər kitabxanasında “Şərəfli ad” adlı 8 mart qadınlar günü münasibəti ilə dəyirmi masa keçirilmişdir.

05.03.2018

     05.03.2018-ci il tarixində  Xaçmaz MKS-nın Gənclər kitabxanasında Mehman Babayev adına 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri ilə bərabər “Şərəfli ad” adlı  8 mart qadınlar günü münasibəti ilə dəyirmi masa keçirilmişdir. Tədbiri Gənclər kitabxanasının müdiri Məmmədova Elnarə açaraq qeyd etdi ki, bütün dünyada olduğu kimi 8 mart beynelxalq qadınlar günü Azərbaycanda da təntənəli surətdə qeyd olunur. Bu tarixin qadınlar günü kimi qeyd olunması inqilabçı Klara Setkinin adı ilə bağlıdır. O, 1910-cu ildə keçirilən Beynəlxalq qadınlar konfransında bu təklifi irəli sürmüşdür. Bu təsadüfü tarix deyildir. 1857-ci ildə Nyu-Yorkda qadınlar 8 mart günü nümayişə çixib iş saatlarının azaldılmasını tələb etmiş və buna nail olmuşdular. Sonra çıxış üçün söz Uşaq Şöbəsinin müdiri Rəhimə Hətəmovaya verildi. O, öz çıxışında Azərbaycan qadınının keçdiyi şərəfli yoldan, qadınların ictimai və siyasi həyatda göstərdiyi fədakarlıqlardan bəhs etmişdir. Böyük Vətən müharibəsində fədakarlıq etmiş Azarbaycan qadınları haqqında və gender bərabərliyi haqqında geniş məlumat vermişdir. Tədbirin sonunda Gənclər kitabxanasının işçisi Fatma Şixvəliyeva tədbir iştirakçılarını təbrik etdi və fondumuzda olan qadınların fədakarlığından bəhs edən kitabları oxumağı gənclərimizə tövsiyyə etdi.