Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Yeni Güləzi kənd Folklor klubu və kitabxanasının birgə təşkilatçılığı ilə yel çərşənbəsi və kitab sərgisi keçirilmişdir

13.03.2018

13. 03. 2018-ci il tarixində Yeni Güləzi kənd Folklor klubu və kitabxanasının birgə təşkilatçılığı ilə Novruz bayramının gəlişi ilə əlaqədar klubun parkında açıq səma altında yel çərşənbəsi və kitab sərgisi  keçirilmişdir. Sərgidə Novruz adət və ən-ənənələrini əks etdirən kitablar nümayiş olunmuşdur.  Tədbiri giriş sözü ilə klubun mədəni təşkilatçısı Təbib Əsgərov açaraq tədbirdə iştirak edən kənd zəhmətkeşlərini və gələn qonaqları salamlayaraq bu qədim el bayramı münasibəti ilə onlara can sağlığı və bol ruzi bərəkət arzulamışdır. Sonra çərşənbə tonqalını iştirakçıların alqışları ilə Bahar qız alovlandırmış, klubun rəqs və özfəaliyyət dərnəyinin üzvləri tonqal ətrafında yallı gedərək rəqs etmişlər. Tədbirdə həmçinin Qubada yerləşən N saylı hərbi hissənin nümunəvi əsgərləri də iştirak etmişdir. Çərşənbə tədbirinə Azərbaycanın və Dağıstanın fəxri kəndirbazı Məmmədhüseynov Eldar İmam oğlu da dəvət olunmuşdur. Bu qədim el sənətini yaşadan sim pəhləvanı  çox maraqlı, bir-birindən rəngarəng, insanda böyük həyəcan yaradan nömrələrlə çıxış etmişdir. Tədbirin daha maraqlı və şən keçməsi üçün  keçi rolunu aparan Tüləkəran kənd klubunun mədəni təşkilatçısı Hafiz Məmmədhüseynov gülüş doğuran məzhəkəli sözlər və hərəkətlərlə çıxış etmişdir.