Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Cümhuriyyət şairi”- icmal

13.03.2018

     Mart ayının 13-də Xaçmaz Rayon Mərkəzi Kitabxanasının  Uşaq Şöbəsinin abonement otağında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Cümhuriyyət şairi” adlı icmal keçirilmişdir. İcmal İstiqlal dövründə milli şüurun, milli oyanışın görkəmli nümayəndəsi Əhməd Cavada həsr olunmuşdur.

         Tədbiri Uşaq Şöbəsinin müdiri R.Hətəmova aparmışdır. Hətəmova qeyd etmişdir ki: “Əhməd Cavad Cümhuriyyət  şairi kimi öz poeziyasında vətənin azadlığını və  şərəfini qoruyur, gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini Əhməd Cavad poeziyasından alır. Milli oyanış, müqəddəs xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış onun şerlərinin əsas ruhunu təşkil edir. O, nəinki Azərbaycan, həmçinin, Qafqaz, Turan, Türk dünyasında mücadilə aparan şairdir. “Cümhuriyyət” deyəndə hamıdan əvvəl Əhməd Cavad yada düşür. Hüseyn Cavidin tələbəsi olan Ə.Cavad həm publisist, həm tərcüməçi, həm də görkəmli şair kimi, C. Cabbarli ilə birgə latın əlifbasını müdafiə edən ilk ziyalılardan biri olub. Türk birliyi ideyalarına sadiq qaldığı üçün 37-ci ilin  ilk repressiya qurbanı olmuşdur. “Əziz uşaqlar, onun “Can Azərbaycan”,”Al bayraq”, “Dəli Kür”, “Sinfi mübarizə”, “Çırpınırdı Qara dəniz”, “Dilimiz” və başqa əsərlərinin hər birisi sizin böyük marağınıza səbəb olacaqdır. O, şair kimi doğulmuş, şair kimi yaşamış, şair kimi ölmüşdür.  Arzum budur ki, vətəni sevməyi, vətəni qorumağı ondan öyrənəsiniz”.

         Tədbirin sonunda şairin əsərlərinin kitab verilişi təşkil edilmişdir.