Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xucbala kənd Sənətkarlıq klubunda Novruz bayramına həsr olunmuş “Novruz gəldi, yaz gəldi” adlı teatrlaşdırılmış bayram şənliyi keçirilmişdir.

15.03.2018

15 mart 2018-ci ildə Xucbala kənd Sənətkarlıq klubunda Novruz bayramına həsr olunmuş “Novruz gəldi, yaz gəldi” adlı teatrlaşdırılmış bayram şənliyi keçirilmişdir. Kənd sakinlərinin, məktəblilərin qatıldığı tədbirdə Novruza aid milli adət və ənənələri əks etdirən guşələr hazırlanmış, milli geyimli qızlar Novruz şirniyyatları hazırlamışlar. Xucbala kənd Sənətkarlıq klubunun müdiri Təranə Həmzəyeva və Xucbala kənd tam orta məktəbinin direktoru Zülfiyyə Umudova Novruz bayramı münasibətilə öz təbriklərini çatdırıb, xalqımıza bolluq-bərəkət, firavanlıq arzulamışlar. Daha sonra özfəaliyyət kollektivinin hazırladığı teatrlaşdırılmış səhnəciklər nümayiş olunmuşdur. Kosa və Keçəlin məzhəkəli çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbir tonqal ətrafında davam etdirilərək şən rəqslərlə başa çatdırılmışdır.