Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tələbələrlə turizm və onun təşkili mövzusunda maarifləndirici görüş keçirilmişdir

30.03.2018

   30 mart 2018-ci il tarixində, Quba Turizm İnformasiya Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tələbələrlə turizm və onun təşkili mövzusunda maarifləndirici görüş keçirilmişdir.

    Tədbirdə tələbələrə ölkəmizdə turizmin inkişafı və ona göstərilən dövlət dəstəyindən, turizmin iqtisadiyyatımızın tərəqqisindəki rolundan, ictimai-sosial əhəmiyyətindən, xalqın maddi rifah halının yüksəlməsinə təsirindən danışılmışdır.  

    Eyni zamanda, Quba Turizm İnformasiya Mərkəzinin fəaliyyəti, xidmətləri barədə məlumat verilmiş, rayonumuzda kənd turizminin inkişafından, ekoturizmin imkanlarından bəhs edimişdir. Mərkəz tərəfindən hazırlanmış Quba rayonunun turizm potensialını əks etdirən video çarx nümayiş etdirildikdən sonra, xüsusi hədiyyə paketləri tədbir iştirakçılarına paylanmışdır.

    Sonda Quba TİM-in əməkdaşı Qəmər Babayeva tələbələri maraqlandıran sualları ətraflı cavablandırmışdır.