Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Mədəniyyət Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqrımı günü ilə əlaqədar dəyirmi masa keçirildi.

29.03.2018

    29 mart 2018-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində “31 Mart - Azərbaycanlıların Soyqrımı günü” ilə əlaqədar dəyirmi masa keçirildi. Tədbirdə soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edənlər bildirdilər ki, bu soyqrım Azərbaycan xalqı və dövlətçıliyi tarixində baş vermiş faciəli hadisələrlə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi 20 əsr tarixinin ən faciəvi və dəhşətli səhifələrindəndir.