Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar Tarix Diyarşünaslıq muzeyində “31 mart - azərbaycanlıların soyqırım günü”nə həsr edilmiş tədbir keçirilmişdir.

30.03.2018

      30 mart 2018-ci il tarixində Qusar Tarix Diyarşünaslıq muzeyində “31 mart - azərbaycanlıların soyqırım günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Öncə şagirdlərə muzeyə ekskursiya aparıldı. Daha sonra  isə  Giriş sözü ilə muzeyin direktoru X. Nağıbəyova Tədbiri açaraq dərs haqqında  qısa məlumat verdi. Muzeyin bələdçisi Afət Nadirova və elmi işçi Ləman Bağırova  faciə haqqında geniş məlumat verdilər. Tədbir muzeyin direktoru Xatirə Nağıbəyovanın faciə haqqında çıxışı ilə yekunlaşdı.