Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə ”Azərbaycanlıların Soyqırımı-100” adlı tədbir keçirildi.

30.03.2018

      “31 Mart - Azərbaycanlıların soyqrımı günü” ilə əlaqədar Siyəzən rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə 30.03.2018-ci il tarixində "Azərbaycanlıların Soyqırımı-100" adlı tədbir keçirildi. Tədbiri Siyəzən rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri İmanquliyeva Sənubər açıq elan etdi və  həmin gün həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra  "31 mart Azərbaycanlıların soyqırımı" adlı məruzə ilə çıxış etdi.

Tədbirdə çıxış edən MKS-nin Komplektləşdirmə və Kitabişləmə şöbəsinin müdiri Məcid Əliyev öz məruzəsində həmin günün dəhşətli faktlarını tədbir iştirakçılarına çatdırdılar.Onlar qeyd etdi ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir."Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.