Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzi Kitabxanasında “Mart Soyqırımı xalqımıza dərd yox, dərs olmalıdır” adlı maarifləndirici tədbir keçirildi.

28.03.2018

     28.03.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlılarının Soyqırımı Gününün 100 illiyi ilə əlaqədar “Mart Soyqırımı xalqımıza dərd yox, dərs olmalıdır” adlı maarifləndirici tədbir keçirildi. Əvvəlcə vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin və 31 mart soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükütla yad olundu. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək bildirdi ki, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım lap əvvəlcədən rus-erməni işbirliyinin nəticəsi olub. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə onların havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu torpaqlarda erməni dövləti qurmağı məqsəd güdüblər. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli 31 mart Azərbaycanlıların Soyqırımı haqqında fərmanı tariximizin qaranlıq səhifələrinə işıq salmışdır. Sonra Quba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri Lətafət Qubatova çıxışında qeyd etdi ki, XX əsrin ən faciəli soyqırımlarından biri kimi tariximizə həkk olunmuş 31 mart – Azərbaycanlıların Soyqırımı Günü miqyası və coğrafiyasına görə bu faciələrin içində ən amansızıdır. Quba məzarlığı soydaşlarımızın başına gətirilən müsibətin əyani təzahürüdür.  Tədbirdə Quba Dövlət Sosial İqtisadi Kollecinin tarix müəllimi Xəyalə Babayeva və Mərkəzi Kitabxananın əməkdaşı Rübabə Hacıbəyova da çıxış edərək bildirdilər ki, biz xalqımıza qarşı törədilən soyqırımı, tarixini və şəhidlərini unutmamalı, başımıza gətirilənləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Çatdırmalıyıq ona görə ki, qoy bütün dünya üzdəniraq qonşularımızın, azğın ermənilərin kim olduğunu bilsin.Tədbirin sonunda “31 Mart Azərbaycanlıların Soyqırımı Günü-100” adlı sərgiyə baxış keçirildi.