Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında 2018 – ci ilin I rübünə dair seminar - müşavirə keçirildi.

30.03.2018

     30.03.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında 2018 – ci ilin I rübünə dair seminar - müşavirə keçirildi. Seminarı açıq elan edən MKS – nin direktoru Saməddin Nəsirov  2018-ci ildə də kitabxana sahəsində çalışan əməkdaşların aktual mövzular ətrafında daha çevik işləmələrinin vacibliyini vurğuladı. O qeyd etdi ki, əsas məqsədimiz kitabxana işinin  layiqincə təbliğindən  və gənclərin kitaba marağını artırmaq üçün müasir üsullardan geniş istifadə etməkdən ibarətdir. Sonra çıxış edən MKS – nin metodika və biblioqrafiya şöbəsinin müdiri Firidun Əlimərdanov 2018 – ci ildə kitabxana filiallarında görüləcək işlər, keçiriləcək tədbirlər haqqında danışaraq bildirdi ki, bütün kitabxana filiallarında il ərzində tarixi və əlamətdar günlər ilə əlaqədar olaraq tədbirlər keçirilməli, oxucularla söhbətlər aparılmalı, onların kitabxanalara fəallığını artırmaq istiqamətində lazımi işlər görülməlidir. Seminarda kitabxananın əməkdaşları Qəribəli Şükürov, Səmirə Sultanova və Mənsurə Babayeva yubileyləri münasibətilə  MKS – nin rəhbərliyi tərəfindən “Kitabxana – informasiya sahəsində səmərəli fəaliyyətinə görə” “Fəxri Fərman”lar ilə təltif olundular.Müşavirədə kitabxanaların  problemləri üzrə məruzələr dinlənildi. Daha sonra  seminar iştirakçıları oxuculara göstərilən yeni xidmət üsulları ilə bağlı fikirlərini bölüşdülər və onlara kitabxana işinə dair tövsiyyələr verildi. Sonda  seminar iştirakçılarına dövrü mətbuat paylanıldı,  növbəti müşavirənin keçiriləcəyi gün elan olundu.