Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında “Beynəlxalq Uşaq Kitabı günü” mövzusunda səhərcik keçirildi.

02.04.2018

       02.04.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin  oxu zalında “Beynəlxalq Uşaq Kitabı günü” mövzusunda səhərcik keçirildi. Tədbiri giriş sözü ilə  uşaq oxu zal müdiri Rima Seyfullayeva açaraq tədbir iştirakçılarını, uşaqları salamladı və bildirdi ki, kitab dünyada  mövcud olan ən gözəl nemətdir. O bütün insanların elm və bilik mənbəyidir. Kitabların sayəsində biz  ətrafımızda olan hər bir şeyin qayğısına  qalmağı, qədrini bilməyi, sevməyi və necə əməyə yiyələnməyi öyrənirik. Orta əsrlərdə kitab çox bahalı bir nemət idi və hər hansı bir evdə kitabın olması böyük bir zinət sayılırdı. Kitabların bu cür bahalı olması onların çətinliklə çap olunmasından irəli gəlirdi.  Kitabı sevmək lazımdır, o bizim həyatımızı asanlaşdırır. Kitab bizi insana və özünə hörmət etməyi öyrədir. Kitab insanı düşünməyə sövq edir, ona müstəqil fikir yüyürtməyi öyrədir.  Daha sonra   uşaq  şöbəsiinin baş kitabxanaçısı Nazilə Əsədullayeva məlumat verərək qeyd etdi ki, kitab bizə hər bir şeyi öyrədir: necə dostluq etməyi, necə yaşamağı və layiqli bir insan kimi davranmağı. Kitablarda biz istədiyimiz hər bir sualın cavabını axtarıb tapa bilərik. Bəzi hallarda kitab yoldaşdan da yaxşı olur, belə ki, yoldaş səni ata bilər və ya darda qoya bilər, lakin kitab heç zaman səni tərk etməyəcək və hər zaman sənin həyatı boyu yanında olacaq. Tədburdə məktəb şagirdləri:  Elşad Fətəliyev, Rəbiyyə Cəfərova, Təyyar Ələkbərov, Afət Rəhimova, Ülkər Həbibiva, Samirə Əliyeva ,  Firuz Cəfərov və başqaları kitaba aid şeirlər söylədilər. Sonda  tədbir iştirakçıları   sərgiyə  baxış keçirtdilər.