Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində iştirak etmişdir

07.04.2018

     Aprelin 5-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (“AITF 2018”) qapılarını ziyarətçilərinin üzünə açıb. Builki sərgi “Bütün dünya – bir sərgi” şüarı altında keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı “İTE Group plc” şirkətlərinin (Böyük Britaniya) təşkilatçılığı ilə gerçəkləşən ənənəvi sərgi Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılır.  
        Ənənəvi olaraq bu ilki sərgidə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi regionda fəaliyyət göstərən Turizm İnformasiya Mərkəzləri ilə birlikdə iştirak etmişdir. Region üçün ayrılmış stenddə regiona daxil olan rayonların görməli yerləri, turizm məkanları, yeni tikilmiş mədəniyyət müəssisələri, tarixi abidələri haqqında foto stend nümayiş etdirilmiş, rayonların turizm xəritəsini özündə əks etdirən, həmçinin regonda faliyyət göstərən bir sıra otellərin bukletləri sərgilənmiş və gələn qonaqlara paylanmışdır. Həmçinin sərgi zamanı yerli sənətkarların əl işləri də nümayiş etdirilmişdir. Ziyarətçilərə regionun turizm potensialı barədə ətraflı məlumat verilmişdir.