Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzi Kitabxanasında hərbi vətənpərvərlik tərbiyyəsinin təbliği ilə əlaqədar “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” adlı maarifləndirici tədbir keçirildi.

06.04.2018

     06.04.2018 -  ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə hərbi vətənpərvərlik tərbiyyəsinin təbliği ilə əlaqədar “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” adlı maarifləndirici tədbir keçirildi. Əvvəlcə Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin və şanlı aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. MKS-nin direktoru Saməddin Nəsirov tədbir iştirakçılarını salamlayaraq 2016-cı ilin aprelində Ermənistan –Azərbaycan cəbhəsində baş verən döyüşlərin müasir hərb tariximizin şanlı səhifəsi olduğunu vurğuladı. MKS-nin Saməddin Nəsirov Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Yusif Nöhbalayevə “Bir batalyonun tarixi” kitabını hədiyyə etdi. Sonra çıxış edən Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Yusif Nöhbalayev 2016-cı ilin aprelin 2-də Azərbaycan Silahlı Qüvvələrinin əks həmləsi nəticəsində Lələtəpə yüksəkliyinə sahiblənməsi ilə Ermənistan ordusunun oradakı mövqelərimizə yaratdığı təhlükə aradan qalxdı. Aprel hadisələrindən sonra nəinki Ermənistan ordusu, hətta Ermənistan dövləti belə silkələndi, generallar rütbələrini, vəzifələrini itirdilər. Daha sonra 23 nömrəli Quba-Qusar Özünümüdafiə Taborunun qərargah rəisi, ehtiyyatda olan zabit Mobil Əhmədov çıxışında qeyd etdi ki, ermənilərin növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1- dən 2-nə keçən gecə baş vermişdir. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Tədbirdə aprel döyüşlərinin iştirakçılarından II qrup əlil Təhmasib Rəhimov və Veteran Mürşüdlü Tale çıxış edərək bildirdilər ki, aprel döyüşlərində Azərbaycan ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqlarımızın bir hissəsini işğaldan azad etdi. Bu döyüşlər bir daha ordumuzun nəyə qadir olduğunu göstərdi. Tədbirdə tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndi. Tədbirin sonunda aprel şəhidlərinə həsr olunmuş slayd nümayiş olundu və “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” adlı sərgiyə baxış keçirildi.