Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsi Quba Texniki Təmayüllü liseydə “Turizm yeni perspektivlər vəd edən inkişaf sahəsidir” adlı tədbir keçirdi

13.04.2018

       13.04.2018-сi il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsi Quba Texniki Təmayüllü liseydə “Turizm yeni perspektivlər vəd edən inkişaf sahəsidir” adlı tədbir keçirdi. Tədbiri MKS – nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədova açaraq bildirdi ki, Azərbaycanda son illər turizm sürətlə inkişaf edir, ölkəyə gələn xarici qonaqların sayı durmadan artır, Bakıda və regionlarda  turizmin inkişafı üçün müasir infrastruktur yaradılması istiqamətində geniş miqyaslı işlər görülür. Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəkdir. Turizm sahəsində əldə etdiyimiz uğurların ən böyük səbəbi isə Azərbaycanda bu sahəyə dövlət tərəfindən göstərilən diqqətdir. Sonra Quba Texniki Təmayüllü liseyin tədris işləri üzrə təşkilatçı müavini Nübar Qəniyeva “Azərbaycanda Turizmin inkişafı” adlı məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycanın zəngin tarixi, mədəni və təbii irsi dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Son illər dövlətimizin bu sahəyə ayırdığı diqqət və qayğı sayəsində turizm inkişafı prioritet istiqamətlərdən birinə çevrilmişdir. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi və “Eurovision – 2012” nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə gəlməsi üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. Daha sonra Mərkəzi kitabxananın əməkdaşı Rübabə Hacıbəyova “Quba - gəzməli, görməli diyar” adlı məruzə ilə çıxış edərək bildirdi ki, Quba Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sahədə böyük potensialı olan Qubaya gələnlərin sayının artmasına səbəb olur. Azərbaycanın mədəni maarif mərkəzlərindən biri olan qədim Quba torpağı öz təbii-coğrafi və füsunkar gözəlliyi ilə turistləri özünə cəlb edir. Tədbirin sonunda “Turizmin inkişafı” adlı video - çarx nümayiş olundu və “Turizm - perspektivlər sahəsidir” adlı sərgiyə baxış keçirildi.