Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Mərkəzi Kitabxanasında “14 fevral - Beynəlxalq Kitab Bagışlama Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

14.02.2018

     14.02.2018-ci il tarixində Mərkəzi Kitabxanada 14 fevral Beynəlxalq Kitab Bagışlama Gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə fəal oxucular, Heydər Əliyev Mərkəzinin, Dövlət Rəsm Galereyasının,Tarix Diyarşunaslıq Muzeyinin, Gigiyena Epidemiologiya Mərkəzinin, Təhsil İşçiləri Evinin işçiləri, Milli Məclisin Deputatının köməkçisi, Qusar peşə liseyinin, 5 saylı tam orta məktəbin müəllim və şagirdləri, kitabxanaçilar iştirak etmişlər.

    Tədbirdə çıxış edən MKS-nin direktoru Zahir Mustafayev, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, Dövlət Rəsm Galereyasının direktoru Nərminə Lacınova, Tarix Diyarşunaslıq Muzeyinin direktoru Xatirə Nağibəyova, Gigiyena və Epidemiologiya Mərkəzini direktoru Nadırşah Şirinov, Milli Məclisin Deputatının köməkçisi General Sadulov və digərləri mütaliə vərdişlərinin ailədə qazanılmalı olduqunu, kiçik yaşlarından mütaliəyə həvəsi olanların intellektual səviyyəsinin yüksək olduğunu, sös ehtiyatının cox olduğunu və ümumiyyətlə cox kitab oxumağın insanları cəmiyyətdə öz layiqlı yerlərini tutmalarında vacib amil olduğunu vurğulamışlar.Cəmiyyətdə həmişə kitabların hədiyyə olunmasının insanlar arasında olan münasibətlərin yüksək səviyyədə olması kimi dəyərləndirilmişdir.

       Bu baxımdan 14 fevral Beynəlxalq Kitab Bagışlama Gününün geniş meqyasda qeyd olunması mühüm əhəmiyyət kəsb edir.

        Mərkəzi Kitabxana tərəfindən bütün iştirakçilara müxtəlif dillərdə və mövzularda olan 128 ədəd kitab bagışlanmışdır.Tədbir iştirakçıları da Mərkəzi Kitabxanaya öz şəxsi kitablarını bagışlanmış və bu kitabların kitabxanada daha cox oxuçu tərəfindən oxunaçağına əmin olduqlarını bildirmişlər.