Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən ”18 aprel-Tarixi Abidələrin Mühafizəsi Günü” münasibəti ilə tədbir keçirildi.

18.04.2018

    18.04.2018-ci il tarixdə rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında “18 aprel-Tarixi Abidələrin Mühafizəsi Günü” münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan uşaq şöbəsinin  əməkdaşı  Səkinə Güləliyeva bildirdi ki, bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq  yerlərin mühafizəsi məsələsi üzrə Beynəlxalq Şuranın 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Tarixi abidələr-məqbərələr, saraylar, məbədlər, qəbrstanlıqlar, körpülər, ovdanlar, gümbəzlər, minarələr və s. Tarixi keçmişimizin yadigarlarıdırlar. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışdır. Hər bir ölkənin tarixinin qədimliliyi onun maddi mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Daha sonra uşaq şöbəsinin baş kitabxanaçısı  Nazilə Əsədullayeva  çıxış edərək bildirdi ki, hazırda işğal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz-Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. Bir çox  nadir memarlıq abidələri baxımsızlıq və tamah üzündən sökülüb və dağıdılmış, xeyli memarlıq abidələri, maddi mədəniyyət nümunələri isə erməni saxtakarlığına məruz qalmışdır. İşğal altında olan ərazilərimizdə xalqımızın keçmişi və bu günüünü əks etdirən 1852 mədəniyyət və incəsənət abidəsi erməni vandalizminin təcavüzünə məruz qalmışdır. Tədbirin sonunda rayonun qədim tikililərindən biri olan “Hündür Gümbəzli Hamam”a ekskursiya təşkil olundu. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Quba rayon üzrə məsul şəxsi Minirə Musayeva   hamamın  tarixi haqqında uşaqlara ətraflı məlumat verdi. Sonda xatirə  şəkili  çəkdirildi.