Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasında akademik, həkim-oftalmoloq, professor Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar “Zərifə xanım Əliyeva və müasir oftalmologiya” adlı maarifləndirici tədbir keçirildi.

19.04.2018

   19.04.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında oxuculara xidmət şöbəsinin təşkilatçılğı ilə akademik, həkim-oftalmoloq, professor Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar “Zərifə xanım Əliyeva və müasir oftalmologiya” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə Quba Tibb Kollecinin müəllim və tələbələri mərkəzi kitabxananın əməkdaşları iştirak edirdi. Əvvəlcə Zərifə xanım Əliyeva haqqında video-çarx nümayiş olundu. Tədbiri MKS-nin direktoru Saməddin Nəsirov  açaraq bildirdi ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətənin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, ulu öndərimizə mənəvi dayaq olub. Məruzəçi qeyd etdi ki, Zərifə xanım Əliyevanın 95 illiyi ilə əlaqədar tədbirlər təkcə mərkəzi kitabxanada deyil il boyu MKS-nin şəhər, qəsəbə və kənd filiallarında da keçirilməsi nəzərdə tutulur. Sonra Quba Tibb Kollecinin tədris işləri üzrə müavini Röya Sultanova çıxış edərək bildirdi ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib, 12 monoqrafiya, 150 yaxın elmi məqalə yazıb. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi təhqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata SSRİ Tibb Elmləri Akademiyasının M.İ Averbax adına mükafata layiq görülən ilk qadın olmuşdur. Tədbirdə mərkəzi kitabxananın əməkdaşı Validə Əmiraslanova bildirdi ki, akademik Zərifə Əliyeva elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan mədəniyyətinə hər zaman diqqət ayırmış, mədəniyyət və incəsənət xadimləri ilə sıx münasibətdə olmuşdur. Zərifə xanım eyni zamanda gözəl ana olmuşdur. Ulu öndər Heydər Əliyevə işlərində dəstək olmuş, istedadlı və bilikli övladlar böyütmüşdür. Zərifə xanımın təqdirəlayiq addımları gənclərə, yeni nəslə örnəkdir. Tədbirin sonunda “Zərifə Əliyeva-95 “ adlı sərgiyə baxış keçirildi və Tibb Kollecinin müəllim və tələbələri kitabxananın fondunda olan tibbi ədəbiyyatla tanış oldular.