Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yürüş və “Azərbaycan Yurdum Mənim” adlı tədbir keçirilmişdir

19.04.2018

    19.04.2018-ci il tarixində Qusar rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə  Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş yürüş və “Azərbaycan Yurdum Mənim” adlı tədbir keçirilmiş və geniş əhatəli sərgi təşkil olunmuşdur.Tədbirdə kitabxana işçiləri,fəal oxucular,4 saylı şəhər tam orta məktəbinin müəllim və şagirdləri,valideynlər,Heydər Əliyev Mərkəzinin,Dövlət Rəsm Galereyasının,Tarix-Diyarşünaslıq Muzeyinin,Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin  işçiləri iştirak edirdilər.Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsinə gül qoyma mərasimində iştirak etmiş, Milli Qəhrəman, həmyerlimiz Çingiz Qurbanovun abidəsindən Mərkəzi Kitabxanayadək “Azərbaycan Yurdum Mənim” şüarı altında yürüş təşkil etmiş,yürüş zamanı Milli Qəhrəman Çingiz Qurbanovun və 100 il əvvəl erməni cəlladlarına qarşı vuruşlarda “Qanlı dərədə qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə”ucaldılmış abidənin önünə gül-çicək dəstələri qoymuşlar.

     Tədbirdə çıxış edən MKS-nin direktoru Zahir Mustafayev,Uşaq şöbəsinin müdiri Südabə Bağıyeva və Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova və digərləri Azərbaycanın qədim və zəngin dövlətçilik salnaməsi,AXC-nin tarixi və əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.Ulu Öndərin memarı olduğu,AXC-nin varisi olan,müasir Azərbaycanın müstəqilliyinin əbədi,dönməz və sarsılmaz olduğu qeyd edildi.Kitabxanada keçirilən tədbirlərin uşaqların və gənclərin vətənpərvər ruhda tərbiyyəsində böyük əhəmiyyət kəsb etdiyi vurğulandı.M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarının tarixdə öz təsdiqini tapdığı bir daha vurğulandı.Fəal oxucuların ifasında səslənən “Azərbaycan dünyam mənim” adlı vətənə məhəbbət,torpağa sədaqət,gələcəyə inam,xalqa və ana dilinə hörmət ruhlu ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

    Tədbirdə AXC-nin 100 illiyinə həsr olunmuş video çarx nümayiş etdirildi.Fəal oxuculara kitabxana tərəfindən jurnallar və xatirə hədiyyələri təqdim olundu.