Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Mərkəzi Kitabxanasında “Müəllif hüquqlarını qoruyaq!” adlı tədbir keçirildi

23.04.2018

      23.04.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında  oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar “Müəllif hüquqlarını qoruyaq!”  adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Hüriyyə Sultanova açaraq bildirdi ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun 8 oktyabr 1996-cı il tarixdən qüvvədədir. Tədbirdə iştirak edən Qubalı yazıçı Cavanşir Məmmədov çıxış edərək bildirdi ki,  yazılmış əsərlər yaradıcılıqla məşğul olan insanların şəxsi əmlak hüquqlarıdır və bu əsərlərin icazəsiz istifadə olunması müəllif hüquqlarının pozulması sayılır. Sonra Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədova çıxış edərək bildirdi ki, Azərbaycan 1996-cı ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvü, ədəbi-bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasına və Müəllif hüququ haqqında Ümumdünya Konvensiyasına daxil olmuş və bir sıra digər ikitərəfli və çoxtərəfli müqavilələrin iştirakçısıdır. Sonda Yazıçı Cavanşir Məmmədov müəllifi olduğu təzə  şeirlərini səsləndirdi.