Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon Uşaq İncəsənət məktəbində Azərbaycan musiqisinin görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd olunmuşdur.

20.04.2018

    20 aprel 2018-ci il tarixdə Quba rayon Uşaq İncəsənət məktəbində Azərbaycan musiqisinin görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd olunmuşdur.Tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müdiri Kəmalə Cəfərova Qara Qarayevin həyat və yaradıcılığından ətraflı məruzə etmişdir.Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir.Məktəbin xoru "Gənclik" mahnısını ifa etdi.II sinif şagirdi Rəsul Qəniyev skripkada "Kiçik vals",IV sinif şagirdi Fikrət Dəmirov klarnetdə "Prelüdiya",VII sinif şagirdi Könül Ağayeva fortepianoda "Yeddi gözəl" baletindən vals,VI sinif şagirdi Şəbnəm Həmidova fortepianoda "Ayşənin rəqsi",III sinif şagirdi Nübar Həmidova fortepianoda "Anadanolma gününə marş",IV sinif şagirdi Eldar Mütəllimov fortepianoda "Vals",II sinif şagirdi Elvira Abdullayeva fortepianoda "Prelüdiya",IV sinif şagirdi Günəş Hacıbabayeva "Fikirli",III sinif şagirdi Azərin Mustafayeva fortepianoda "Şən hadisə",II sinif şagirdi Elcan Ramazanov qarmonda "Dəniz neftçilərinin mahnısı",II sinif şagirdi Emil Ağabəyov fortepianoda "Prelüdiya" ifa etdilər.Tədbirdə məktəbin müəllimləri,şagirdlər və valideynlər iştirak etdilər.