Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən Heydər Əliyev Mərkəzində ”Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tarix dərsi keçirilmişdir

23.04.2018

     23.04.2018-ci il tarixində Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar şəhid Şirin İsmayılov adına 3 saylı tam orta məktəbin 11- ci sinifi şagirdləri və müəllim kollektivinin iştirakı ilə "Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda tarix dərsi keçirilmişdir. Şagirdlər dərslərdə böyük həvəslə iştirak edirlər. Bizim əsas məqsədimiz Ulu öndərin keçidiyi genişmiqyaslı uğurlu həyat yolu ilə gələcəyin ümidi olan yuxarı sinif şagirdlərini taniş etməkdir. Azərbaycanın gələcəyini inkişaf etdirmək üçün çox şeylər öyrənəcək yeni nəsil yetişdirməkdir. Gələcəyimiz olan gənclər həyatın bütün sahələrində Onun irsindən bəhrələnsinlər, istifadə edib nəticə çıxarsınlar. Ulu öndər Heydər Əliyevin tarixi izini öyrənmək gələcək nəsillərə çatdırmaq hər birimizin müqqədəs borcudur.