Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba MKS – nin mərkəzi kitabxanasının əməkdaşları “Quba Soyqırım Memorial Kompleksi”nə ziyarət ediblər

24.04.2018

      24.04.2018 – ci il tarixində Quba MKS – nin mərkəzi kitabxanasının əməkdaşları Azərbaycan Respublikası Prezidentinin “1918-ci il Azərbaycanlıların Soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən  “Quba Soyqırım Memorial Kompleksi”nə  ziyarət təşkil etdilər. Onlar ermənilərin xalqımıza qarşı həyata keçirdiyi kütləvi soyqırım nəticəsində həlak olmuş insanların əbədi xatirəsinə ucaldılmış xatirə daşı və kompleksin giriş hissəsində sərgilənən ekspozisiyalarla tanış oldular.Xalqımıza qarşı törədilmiş soyqırımın bariz nümunəsi olan Quba kütləvi məzarlığı barədə  ziyarətçilərə  bələdçilər  tərəfindən  ətraflı məlumat verildi. Kompleksin şöbə müdiri Lətafət Beybutova qeyd etdi ki, Quba şəhərində Soyqırım Memorial Kompleksi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə yaradılmışdır. Sonra Quba Soyqırım Momerial Kompleksinin direktor müavini Mehriban Əliyeva ziyarətçilərə XX əsr tarixinin ən dəhşətli faciələrindən olan 1918-ci ildə baş verən hadisələr barədə ətraflı məlumat verərək bildirdi ki, təcavüzkar ermənilər tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda 50 min nəfər Azərbaycanlı qətlə yetirilmişdir. Ulu öndər Heydər Əliyevin 27 mart 1998-ci il “31 Mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi və xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verildi. Daha sonra MKS – nin direktoru Saməddin Nəsirov və direktor müavini Hüriyyə Sultanova Soyqırım Memorial Kompleksindəki Xatirə kitabına ürək sözlərini yazdılar.