Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında aprel ayına dair seminar - müşavirə keçirildi.

25.04.2018

     25.04.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında aprel ayına  dair seminar -  müşavirə keçirildi. Seminarı giriş sözü ilə açan MKS – nin direktoru Saməddin Nəsirov qeyd etdi ki, kitabxanaçı yalnız oxucuların konkret sorğularını ödəməklə kifayətlənməməli, həm də onları cəmiyyətdə baş verən yeniliklərıə maraqlanmağa istiqamətləndirməlidirlər. Seminar müşavirədə YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin üzvü  Arifə Rzayeva “Kitabsevər uşaqlar” layihəsinin təbliği istiqamətində söhbətlər apardı və kanala abunə qaydalarını öyrətdi. O, kitabxana işçilərini bu kanalın abunəçiləri olmağa çağırdı. Tədbirdə həmçinin, layihənin qalibləri olan kitabxananın fəal oxucuları alqışlandı və onların bu  çalışqanlığı təqdirəlayiq hesab edildi. Sonra çıxış edən MKS – nin direktor müavini Hüriyyə Sultanova kitabxanaçıların aktual mövzular ətrafında daha çevik işləmələrinin vacibliyini vurğuladı. O qeyd etdi ki, əsas məqsədimiz müasir tələblərə cavab verə bilən  xidmət növünü oxucuya təqdim etmək olmalıdır. Buna görə  də  işimiz yalnız gənclərin kitaba marağını artırmaq üçün müasir üsullardan geniş istifadə etməkdən ibarət olmalıdır. Seminarda kitabxana işçilərinin sualları cavablandırıldı , dövrü mətbuatın paylanılması işi həyata keçirildi və  növbəti müşavirənin keçiriləcəyi gün elan olundu.